Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:42

«Ilham Əliyevə heç bir rəqib yoxdur»


Siyavuş Novruzov
Siyavuş Novruzov
«Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə heç bir rəqib yoxdur».

Bunu Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizəd kimi irəli sürülməsini şərh edən hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Trend-ə deyib.

«Azərbaycan xalqı bütövlükdə İlham Əliyevi dəstəkləyir, onun gördüyü işləri, apardığı siyasəti, islahatları dəstəkləyir. Bu da seçkilərdə özünü göstərəcək və hansı namizədlərin irəli sürülməsindən asılı olmayaraq səsvermə hüququ olan vətəndaşlar yekdilliklə İlham Əliyevə səs verəcəklər».

Siyavuş Novruzov Müsavat Məclisinin qərarını İsa Qəmbərin müxalifətin vahid namizədi kimi qəbul olunmamasının göstəricisi sayır.

«Müsavatın qərarı bir daha onu göstərdi ki, İsa Qəmbəri Azərbaycan müxalifətində heç bir partiya, heç bir ictimai qurum vahid namizəd kimi qəbul etmir».

Müsavat Məclisi dekabrın 4-də partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsinə qərar verib.

Azərbaycanda prezident seçkiləri bu ilin payızında keçiriləcək.
XS
SM
MD
LG