Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

İlham Əliyev pravoslavları təbrik edib


Prezident İlham Əliyev dekabrın 4-də Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibəti ilə təbrik edib.

Prezidentin rəsmi saytında yer alan təbrik məktubunda dünya dinlərinin Azərbaycanda yüz illər boyu dinc yanaşı və əmin-amanlıq şəraitində fəaliyyət göstərdiyi bildirilir.

Təbrikdə sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğunun Azərbaycan cəmiyyətində ümummilli mənəvi-ictimai dəyərlərin və dözümlülük prinsiplərinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynadığı qeyd edilir.

«Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icması, o cümlədən pravoslav həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində və ölkəmizdə gedən möhtəşəm quruculuq işlərində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər», deyə İlham Əliyev bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG