Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:42

Dəməşqdə partlayışda azı 9 nəfər həlak olub


Suriyalı insan haqları fəalları yanvarın 3-də paytaxt Dəməşqdə yanacaqdoldurma məntəqəsində maşının partladıldığını, hadisədə azı 9 nəfərin həlak olduğunu bildirirlər. Bu xəbəri Suriyada İnsan Haqları Pozuntularını Müşahidə Qrupu yayıb.

Dövlət televiziyası da bu partlayış haqqında məlumat verib, amma həmin xəbərdə tələfat haqqında bir şey deyilmir.

Rəsmilər “terrorçular”ın yanacaq üçün növbəyə dayanan maşınları hədəf aldığını bildirirlər.

Fəallar həmçinin hökumət qüvvələrinin paytaxt ətrafında Azad Suriya ordusunun nəzarətində olan qəsəbələri bombaladıqlarını bildirirlər.

Bu ölkədə 2011-ci ilin martında prezident Bashar al-Assadın rejiminin istefası tələbilə başlayan aksiyalara hökumətin silahlı müdaxiləsi ölkə boyu qarşıdurmalara gətirib çıxarıb. BMT-nin təxminlərinə görə indiyə qədər 60 minə yaxın adam həlak olub. Artıq münaqişə vətəndaş müharibəsi kimi təqdim edilir.
XS
SM
MD
LG