Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:20

Tehranda çirkli havaya görə yenidən iş dayanır



İranın paytaxt Tehranda havanın həddən artıq çirkli olması yerli hökuməti məktəblər, dövlət idarələrində işi dayandırmağa məcbur edir. Tehran qubernatorunun qərarına görə şənbə günü yalnız fövqəladə hallar və təcili tibbi yardım xidmətləri işləyəcək. Rəsmilər əhalini mümkün qədər evdən kənara çıxmamağa çağırıb.

İSNA informasiya agentliyinin məlumatına görə futbolçuların sağlamlığının qorunması üçün bütün yarışlar da təxirə salınır.

Şəhər rəhbərliyi paytaxtda havanın çirklənməsinin qarşısını almaq üçün nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edəcək.

Tehranda havanın kəskin çirklənməsinə görə son bir ayda ikinci dəfədir ki, hökumət işi dayandırır.

Hava sirkulyasiyasının zəif olduğu Tehran üstəlik avtomobillərin çirkləndirməsinə görə dünyanın ən çirkli şəhərlərindən biri hesab edilir.
XS
SM
MD
LG