Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:20

Malala xəstəxanadan buraxıldı



Pakistanda Talibanın başından ölümcül yaraladığı ictimai fəal şagird Malala Yousafzai Britaniyada müalicə olunduğu xəstəxanadan evə buraxılıb. Ötən həftə sonu yayılan videoda başından güllə yaraları almış 15 yaşlı yeniyetmə qızın artıq yeridiyi görünür. Amma o hələ bir müddət ailəsi birlikdə Britaniyada qalıb müalicəsini davam etdirəcək. Həkimlər Malalanın yanvarın sonu, fevralın əvvəlində daha bir ciddi cərrahiyyə əməliyyatına məruz qalacağını deyirlər.

Malala Yousafzai keçən ilin oktyabrında Pakistanda çiynindən və başından ölümcül yaralanmışdı. Britaniya hökumətinin dəstəyi ilə bu ölkəyə götürülən Malalanın həyatını xilas etmək mümkün olub. Talibanın Pakistan bölməsi gənc qıza hücuma görə məsuliyyəti boynuna götürüb.

Malala Yousafzai 2009-cu ildə BBC üçün bloqlar yazır, ölkəsində qız uşaqlarının təhsil almalarına yaradılan problemləri tənqid edirdi.

Pakistan hökuməti Malalanın atasında Britaniyada diplomatik işdə vəzifə verib.
XS
SM
MD
LG