Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:04

Pakistanda peyvənd kampaniyası bərpa olunub


Pakistanın şimal-qərbində polimelidə qarşı peyvənd kampaniyası bərpa olunub.

Ötən ay BMT-nin hümanitar missiyasının əməkdaşlarına edilən hücumlardan sonra kampaniya dayandırılmışdı.

Hazırda Çarsadda rayonunda peyvənd əməliyyatı bərpa olunub.
Rayonun polis zabiti Ashraf Khan onların təhlükəsizliyinin təmin edildiyini deyib.

Ötən ay Pakistanın Karaçi və Pişəvar şəhərlərində BMT-nin hümanitar missiyasının 9 əməkdaşı öldürülüb.
Onlardan 5-i qadındır.

Hazırda Pakistan, Əfqanıstan və Nigeriya dünyada polimelid xəstəliyinin mövcud olduğu yeganə ölkələr hesab olunur.
XS
SM
MD
LG