Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:08

Hava mülayim keçəcək


Yanvarın 4-də ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
Yanvarın 4-dən 6-dək Abşeron yarımadasında davam edən mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 7-12 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG