Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

Azərbaycanda 17 mindən çox vətəndaşlığı olmayan şəxs var


2012-ci ildə miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 17 min 671 əcnəbi və ya vətəndaşlığı olmayan şəxs aşkar edilib.

Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, onlardan 3246-nın ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 12476 şəxs haqqında 48 saat ərzində ölkəni tərk etmə, 1623 şəxs haqqında inzibati qaydada ölkə ərazisindən məcburi çıxarılma qərarı qəbul edilib.

235 nəfərin üzərindən məhdudiyyətin götürülməsi, 91 şəxs haqqında isə vəsiqə itirilməsi ilə bağlı qərar çıxarılıb.

583 sahibkarlıq subyektinə yoxlama aparılıb. Onlardan 297-nin fəaliyyətində inzibati hüquq pozuntusu aşkar edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG