Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:31

Suriyada ağır döyüşlər gedir


Foto arxiv
Foto arxiv
Suriyanın paytaxtı Dəməşqin ətrafı və ölkənin digər rayonlarında həkumət və qüvvələri ilə üsyançılar arasında ağır döyüşlər gedir.

Hüquq müdafiəçilərinin sözlərinə görə, hərbi vertolyotlar paytaxt ətrafındakı Daraya qəsəbəsində üsyançıların mövqelərini bombalayırlar.
Dövlət mediası qəsəbədə onlarla üsyançının öldürüldüyünü xəbər verir.

Hakimiyyət döyüşlərə görə, çərşənbə axşamı Hələb şəhərindəki beynəlxalq hava limanının müvəqqəti bağlandığını xəbər verir.
Liman rəhbərliyi isə bunun təmirlə bağlı olduğunu deyir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə savaş gedir.
Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 45 mindən çox adamın öldüyünü deyirlər.
XS
SM
MD
LG