Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:59

ABŞ «fiskal uçurum»dan qurtuldu


-
Bu gün ABŞ prezidenti Barack Obama-nın Amerikanı potensial «fiskal uçurum»dan xilas edən qanun layihəsini imzalayacağı gözlənilir.

Bu qanun layihəsini Nümayəndələr Palatası yanvarın 1-də 167 səsə qarşı 257 səslə qəbul edib.

Qanun layihəsi xərclərin azaldılmasını, varlılar üçün vergilərin artırılmasını nəzərdə tutur.

Bu tədbirlər ABŞ büdcəsinə əlavə 600 milyard dollar gəlir gətirməlidir. Bu da ABŞ-ın büdcə kəsirini azaltmağa kömək etməlidir.

İqtisadçılar deyirlər ki, bu tədbirlər ABŞ iqtisadiyyatının artım tempini azalda və qlobal iqtisadiyyata öz mənfi təsirini göstərə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG