Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:19
-
2012-ci ildə Azərbaycanda 43.9 milyon ton neft hasil olunub.

Bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ilin yekunlarına həsr olunmuş tədbirdə bildirib.

«İl ərzində respublikada qaz hasilatının həcmi 27.9 milyard kubmetr təşkil edib», - Abdullayev deyib.

Bu da proqnozlaşdırılandan 1 milyon ton neft və 0.8 milyard kubmetr qaz çoxdur.

2013-cü ildə isə Azərbaycanda 43.2 milyon ton neft və 28.8 milyard kubmetr qaz hasilatı planlaşdırılır.

Müqayisə üçün, 2011-ci ildə ölkədə 45.6 milyon ton neft və 25.7 milyard kubmetr qaz çıxarılmışdı. /Trend/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG