Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:58

Avropa Məhkəməsi çatdıra bilmir


-
Avropa İnsan Hüquqları Məhkəməsində baxılmamış 100 min şikayət qalıb.

«Exo Moskvı» radiosunun yazdığına görə, bunu «Deutsche Welle» radiosuna məhkəmə sədri Dean Spielmann deyib.

O, şikayətlərin çoxunun Ukrayna, Rusiya, Rumıniya və Polşadan olduğunu bildirib.

Son 10 ildə Avropa Məhkəməsinə Azərbaycanla bağlı 5000-ə yaxın müraciətlər daxil olub.

Bunu isə mətbuata açıqlamasında Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

Şikayətlərin 97 faizi Avropa Konvensiyasının tələblərinə cavab vermədiyindən rədd edilib. İcraata götürülmüş 3 faiz müraciətlərin bir qismi Azərbaycan hökumətinə kommunikasiya edilib. 130-a yaxın şikayət üzrə müvafiq qərarlar qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG