Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:44

İmişlidə hüquq müdafiəçisi polisə aparılıb


Rahim Musa
Rahim Musa
-
Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə İmişlidə fəaliyyət göstərən hüquq müdafiəçisi Rahim Musa iki köməkçisi ilə birgə saxlanıb.

Bu barədə AzadlıqRadiosuna o özü məlumat verib. Dediyinə görə, İmişlinin mərkəzində gənclərin bayram şənliyinə polis müdaxiləsi barədə məlumat alandan sonra əraziyə yollanıb. Amma bir qədər sonra onu köməkçiləri Saleh QafarlıAzər Əhmədovla birgə polisə aparıblar:

«Dekabrın 31-i axşam saat 7 olardı. Mənə zəng gəldi ki, bayram şənliyi edən gəncləri polislər döyüb ərazidən uzaqlaşdırırlar. İki köməkçimlə getdik mərkəzə, gördük doğurdan da polislər bayram edən gəncləri döyürlər. Hətta onların arasında başı yarılan da var idi. Mən polisin gənclərə qarşı zorakılığını videoya çəkdim. Bu vaxt məni və köməkçilərimi də saxladılar. Kameranı əlimdən aldılar və bizi polisə apardılar. Gecə haradasa saat 3-də sərbəst buraxdılar».

Yanvarın 1-də Rahim Musanı təkrar polisə aparıblar. O deyir ki, bu dəfə ondan polis serjantının ona təzyiqlər etdiyini sübuta yetirən hansısa video-çəkilişin olub-olmadığını soruşublar:

«Mən həmin videonu onlara təqdim etdim. Xidmət üzrə rəis müavini İntizar Məmmədov mənimlə söhbət etdi. Əslində onların məqsədi hansısa polisi cəzalandırmaq yox, baş verən hadisə ilə bağlı məndə video olub-olmadığını yoxlamaq idi».

Rahim Musanın köməkçisi Saleh Qafarlı da həmin vaxt polis rəisinin müavini Sahib Səmədovun onu döydüyünü bildirir.
Rahim Musanın evinin damında etiraz aksiyası
Rahim Musanın evinin damında etiraz aksiyası

«O ADAMIN ADINI İNDİ SİZDƏN EŞİDİRƏM»

İmişli polisindən Rahim Musanın saxlandığını təsdiqləsələr də, ona qarşı təzyiqləri təkzib ediblər. Xidmət üzrə rəis müavini İntizar Məmmədovun AzadlıqRadiosuna dediyinə görə, Rahim Musa rayon mərkəzində qanunsuz çəkiliş apardığı üçün polisə çağırılıb:

«Mərkəzdə bayram şənliyi idi. Gənclər yığılmışdı, biz də onlara dedik ki, qanunu pozmayın. Bu zaman Rahim Musa da orda qanunsuz çəkiliş aparırdı. Ona dedik ki, heç bir problem olmur və çəkilişə də ehtiyac yoxdur. Bu gün də çağırdıq, başa saldıq, çıxıb getdi».

İmişli rayon Polis İdarəsinin rəisi müavini Sahib Məmmədov Saleh Qafarlıya qarşı heç bir təzyiq etmədiyini deyir:

«O adamın adını indi sizdən eşidirəm. Mən dünən heç o tədbirdə iştirak etməmişəm, axşam qonaqlarım olub, evdə olmuşam, evdən heç çölə çıxmamışam. Bu barədə deyilənlər boş söhbətdir».

Rahim Musa İmişli rayonunda bir neçə təkbaşına korrupsiya əleyhinə etiraz aksiyası keçirib. Korrupsiya şüarları yazaraq evinin damına qaldırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG