Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02

Hava yağmursuz keçəcək


-
Bakı və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0-3, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim qərb küləyinin əsəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG