Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:17

Rusiyada milli dildə təhsil almaq «könüllü» olur


Tatarstanda orta məktəb
Tatarstanda orta məktəb
-
Prezident Vladimir Putin Rusiyanın tərkibində olan milli respublikalarda yerli dillərdə təhsil almanın «könüllü» olmasını nəzərdə tutan qanunu imzalayıb.

İndiyə qədər Rusiya tərkibindəki milli respublikalarda yerli dil rus dili ilə yanaşı, dövlət dili sayılırdı. Orta məktəblərdə onların da rus dili ilə eyni səviyyədə öyrənilməsi məcburi idi.

Yeni qanun qəbul olunandan sonra isə valideynlər uşaqlarının yerli milli dillərdə təhsil almasından imtina edə bilərlər.

Bu qanun Rusiyanın tərkibindəki bəzi respublikalarda, o cümlədən Tatarıstan, Başqırdıstan, Çuvaşiyada etiraz aksiyalarına səbəb olub. Aksiya iştirakçıları deyirlər ki, bu qanun milli dillərin sıradan çıxarılmasına xidmət edəcək.

Məsələ bu yaxınlarda Tatarıstanda yaşayan rusların etiraz aksiyalarından sonra aktuallaşıb. Aksiyaçılar deyirdilər ki, qanunun əvvəlki forması onları tatar dilini öyrənməyə məcbur edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG