Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:58

İraqda partlayışlarda azı 12 nəfər həlak olub



Bazar ertəsi İraqın müxtəlif şəhərlərində törədilən bomba partlayışlarında azı 12 nəfər həlak olub, onlarla adam da yaralanıb. Paytaxt Bağdadın cənubunda Mussayab şəhərində bir evin ətrafına basdırılan minaların partlaması bir ailədən uşaqlar da daxil olmaqla 7 nəfərin ölümünə səbəb olub. Rəsmilər ailənin sünni olduqları üçün hücuma məruz qala biləcəyini deyirlər.

Kərkükdə, Hillada və başqa şəhərlərdə də bomba partlayışları törədilib.

Hələlik bu partlayışlara görə məsuliyyəti heç kim boynuna götürməyib.
XS
SM
MD
LG