Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:39

ABŞ prezidenti xarici ölkələrdə telefon dinləmələrinə dair qanunu imzaladı



ABŞ prezidenti Barack Obamanın (Barak Obama) bazar günü imzaladığı qanun hökumətə daha 5 il müddətinə terrorçular və xarici kəşfiyyat orqanlarının başqa ölkələrdə izlənməsinə imkan verir.

Xarici Kəşfiyyata Nəzarət Aktı adlanan ABŞ hökumətinə məhkəmə qərarı olmadan başqa ölkələrdə telefon danışıqlarını izləməyə, e-mail yazışmalarını oxumağa imkan verir. Amma bu qanun ABŞ vətəndaşlarının eyni qaydada izlənməsinə icazə vermir. Hökumət yalnız məhkəmə qərarı ilə amerikalıları müşahidə altında saxlaya bilər.

Senat sənədi dekabrın 28-də təsdiq etmişdi.
XS
SM
MD
LG