Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18

Clinton xəstəxanaya yerləşdirildi



ABŞ Dövlət Katibi Hillary Clinton (Hillari Klinton) qan laxtalanması diaqnozu ilə yenidən xəstəxanaya yerləşdirilib. Xanım Clinton bu ayın əvvəlində də xəstəxanaya düşmüşdü. Həkimlər onda beyin sarsıntısı olduğunu bildirirdilər. O hələ dekabrın əvvəlindən mədəsindən şikayət etməyə başlamışdı.

Clinton sözçüsü bildirib ki, bazar günü beyin sarsıntısından aldığı müalicənin yekunlarını yoxlayarkən həkimlər onda qan laxtalanması da aşkar ediblər. İndi o daha 48 saat xəstəxanada qalacaq, ondan sonra isə həkimlər müalicənin necə davam etməsi barədə qərar verəcəklər. Amma 65 yaşlı Clintonda qan laxtalanmasının bədənin hansı hissəsində olması barədə məlumat verilmir.

Hillary Clinton yanvarın əvvəlindən öz istəyi ilə həm də Dövlət Katibi vəzifəsindən istefa verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG