Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:21

İşadamının həbsi Naxçıvanda müzakirə olunub


-
İctimai Palatanın Naxçıvan şöbəsi işadamı Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədovun həbsini siyasi sifariş sayır.

Bu haqda bəyanat dekabrın 30-da İctimai Palatanın yerli şöbəsinin yığıncağında qəbul olunub.

İctimai Palatanın üzvü, Müsavat Partiyası Naxçıvan Gənclər Təşkilatının sədri Telman Ağayev AzadlıqRadiosuna bildirib ki, yığıncaqda həbsin siyasi sifariş olmasını sübut edən dəlillər səsləndirilib:

«Məmməd Qurbanov İctimai Palatanın üzvüdür. O, bundan əvvəl də yerli hakimiyyətin korrupsiya və özbaşınalıqları ilə bağlı etirazını Azərbaycan ictimaiyyətinə çatdırıb. Buna görə dəfələrlə təqib olunub, psixi dispanserə salınıb. Nadir Məmmədov da 2010-cu il parlament seçkilərində müxalifət tərəfindən komissiya üzvü kimi iştirak edib. Saxta seçkilərə etiraz etdiyinə və protokola imza atmadığına görə təqib olunub. Ona işgəncələr verilib. Nadir Məmmədov təqib olunması ilə əlaqədar Bakıda mətbuat konfransı da keçirmişdi, təhlükəsizliyinin təmin edilməsi üçün prezidentə müraciət etmişdi. O vaxt toxunmadılar. İndi məqam düşdü, bəhanə gətirib hər ikisini əsassız ittihamlarla həbs etdilər».

Bəyanatda hər iki şəxsin dərhal buraxılması və Məmməd Qurbanova məxsus, Sədərək gömrüyündə saxlanılan malların qaytarılması tələb olunur.
XS
SM
MD
LG