Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:06

Azərbaycanlı həmrəyliyinə iki adi baxış


Bakı
Bakı
-

Bəlkə də azərbaycanlı yaşamayan bir ölkə tapmaq mümkün deyil. Özəlliklə 20-ci əsrdə baş verən olaylar – 1-ci və 2-ci dünya savaşları, dünyanın siyasi xəritəsinin dəyişməsi, istər Qafqaz, istərsə İran Azərbaycanını saran repressiya və sürgün dalğaları onları hər yana səpələyib. 1992-ci ildən rəsmiləşdirilən bir bayram – “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” bütün soydaş və keçmiş həmvətənləri bir araya gətirmək imkanı yaradıb. İstər-istəməz, bir sual ortaya çıxır: Dünya azərbaycanlıları nə dərəcədə həmrəydirlər?

BAKIDA ARZULADIĞI HƏMRƏYLİYİ SİBİRDƏ TAPAN AZƏRBAYCANLI

Həşim İsgəndərli 6 ildir Rusiyanın Maqadan şəhərində yaşayır. Bakıda 27 il müəllim çalışıb. Dediyinə görə, müəllimlərin seçki saxtakarlığına bulaşdırılmasına etiraz edərək 6 il öncə işdən çıxıb və sonra Maqadana köçüb. Vətəndaşlıq da əldə edib. İndi orada şəhər meriyasının tikinti idarəsinə rəhbərlik edir. Müsahibim Maqadanda 1000-ə yaxın azərbaycanlının yaşadığını, öz ölkəsində arzuladığı istiliyi Sibirin soyuğunda tapdığını deyir:

“Burada cəmiyyət yaradıb azərbaycanlıları bir yerə topladıq. Ən azı yığışıb bir stəkan çay içməyə, dərdləşməyə yerimiz var. Çətin günlərdə bir-birimizə əl tutur, bir həmyerlimiz öləndə, yığışıb dəfn işlərini təşkil edirik. Hər hansı tədbirə öz bayrağımızla qatılırıq. Bir sözlə, Azərbaycanda axtardığım həmrəyliyi burada tapmışam”.

Həşim İsgəndərli uzaq Maqadandan Azərbaycana boylanmağı da unutmadı:

“Orada ölkə rəhbərliyi öz vətəndaşına necə yanaşırsa, adamlar da bir-birinə o cür yanaşırlar. Ölkəyə girən kimi, Azərbaycanda həmrəyliyin olmadığını hiss edirsən. Buradan Bakıya 12 min kilometr yol gedirsən, yükünü hər yerdən rahatca keçirirsən. Di gəl, Bakı aeroportuna çatınca çemodanların saatlarla gömrükçülərin əlində qalır və suallar başlanır: “Bunun içindəki nədir?”, “Hardan gətirirsən, niyə gətirirsən?”. Şəxsi əşyalarına da müdaxilə edirlər. Adam vətənə gəlməsinə peşman olur”.

Müsahibim qürbətdə dolanışığına şükür etsə də, deyir vətən elə vətəndir: “Nə vaxtsa buralarda, sözün gerçək mənasında, həmrəylik görsəm, mütləq geri dönəcəyəm”.

VƏTƏNDƏ VƏKİL, QÜRBƏTDƏ QARA FƏHLƏ

Telman Verdiyev Azərbaycanda vəkil çalışıb və söylədiyinə görə, təqiblərə məruz qaldığı üçün vətəni tərk edib. İndi İsveçdə yaşayır. Adi fəhlədir. Deyir ki, “vətəndə həmrəylik olsaydı, özümü müdafiəsiz görüb, qürbətə üz tutmazdım”. Keçmiş vəkil heç İsveçdə də azərbaycanlıları həmrəy görmədiyini diqqətə yetirir:

“Güclü təşkilatlanma bir cənubi azərbaycanlılardadır, bir də kürdlərdə. Ümumiyyətlə, Avropada kürdlər və ermənilər ən mütəşəkkil icmalardır. Azərbaycanlılar təşkilatlanmağa, birgələşməyə meylli deyillər. Hərə öz başını saxlayır. Mənə gəlincə, İnternetdə gecə-gündüz muğama, başqa musiqilərimizə qulaq asıb ağlayıram”.

Telman Verdiyev bircə ondan razıdır ki, qara fəhləlik etsə də, bir tikə halal çörəyini qazanır və Azərbaycandan fərqli olaraq dəyib-dolaşanı da yoxdur:

“Qıraqdan baxıb-izləyəndə daha obyektiv qiymət verirsən. Amma adamı ağlamaq tutur. Kənardan baxanda görürsən ki, Azərbaycanda hamı küskün ovqatlıdır və 9 milyon vətəndaşın az qala yarısı Azərbaycandan qaçıb. Heç kəs ölkəsini bəxtəvərlikdən qoyub qaçmaz”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG