Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:37

31 qəzetə 2 milyon manat ayrıldı


-
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 31 qəzetə 1 milyon 247 min manat birdəfəlik yardım ayırıb.

Bu barədə APA-ya KİVDF-nin mətbuat xidmətindən məlumat verilib.

Müvafiq qərar Fondun Müşahidə Şurasının dekabrın 29-da keçirilən iclasında qəbul edilib.

Fond 13 qəzetə 60 min, 7 qəzetə 40 min, 3 qəzetə 30 min, 2 qəzetə 20 min, 1 qəzetə 15 min, 1 qəzetə 10 min, 4 qəzetə isə 8 min manat birdəfəlik maliyyə yardımı edilməsini təsdiqləyib.

Bundan başqa, 2013-cü ilin birinci yarısı üçün 31 qəzetin redaksiyası tərəfindən təqdim olunmuş layihələrə 740 min manat verilməsi barədə qərar qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG