Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26
-
SEVİNC BABAYEVANI AZƏRBAYCANDAN HANSI QRUPLAR ÇIXARIBLARSA...

«Bizim yol» qəzeti sabiq rektor Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi kimi təqdim edilən Sevinc Babayevanın ölümü ilə bağlı hüquqşünasların fikirlərini öyrənib.

Hüquqşünas Əyyub Kərimov hesab edir ki, Sevinc Babayevanın hansı sənədlə Türkiyəyə getməsi, İnterpolun «qırmızı xətt»i ilə axtarılan adam barəsindən xəstəxananın polisə məlumat verməməsi və onun bundan əvvəl ürəyində problemlərin olub-olmaması araşdırılmalıdır:

«...məsələlərin araşdırılmasında bir həlqə yoxdur. Bu mənada onun ölümü Ramiz Mehdiyevə qarşı çevrilə bilər, yəqin ki, çevriləcək də. Amma bizim bilmədiyimiz başqa bir qrup da ola bilər. Bütün hallarda Sevinc Babayevanı Azərbaycandan hansı qruplar çıxarıblarsa, onlar da bu hərəkətə yol veriblər…».

ELŞAD ABDULLAYEV: MƏNDƏ ELƏ VİDEOLAR VAR Kİ...

«Məndə elə videolar var ki, yaysam, Azərbaycanda xalq ağacları kökündən qoparıb bunları qabağına qatar».

Bunu «Azadlıq» qəzetinə müsahibəsində Fransada mühacirətdə olan sabiq rektor Elşad Abdullayev deyib.

Sabiq rektor Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşə vasitəçilik edən məmurun adını açıqlayıb:

«Məni Ramiz Mehdiyevlə Eldar Mahmudov görüşdürüb».

Elşad Abdullayev əlində olan videoların yayımının dayandırılması üçün onunla danışıqlar aparıldığını da deyib:

«Onların müəyyən adamları gəlib deyirdilər ki, ayıbdır, ağsaqqalın ünvanına belə söhbətlər yaymaq olmaz. Çünki yaxşı bilirlər ki, məndə elə videolar var ki, yaysam Azərbaycanda xalq ağacları kökündən qoparıb bunları qabağına qatar. Ancaq mənim məqsədim heç də aləmi qatmaq yox, qardaşımı tapmaqdır…».

«2012-DƏ BİZNES MÜHİTİ BİR AZ DA EYBƏCƏRLƏŞDİ»

«Yeni Müsavat» qəzeti 2012-ci ildə Azərbaycanda biznes mühitinin bir az da eybəcərləşdiyini yazır:

«Banklar təqib edildi, metaləritmə sahəsində rəzalət yaşandı, təftişçi qurumlar aktivləşdi, monopoliyalar daha da möhkəmləndi... Bu il biznes mühitində kriminal qruplar ön sıralara çıxdı, məmur özbaşınalığı son həddə çatdı…».

RAMİZ MEHDİYEVİN YAZDIQLARI

«Azərbaycan» qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi» məqaləsindən söz açır. Yazıda Ramiz Mehdiyevin məqaləsi «Şah İsmayılın fəaliyyətini və şəxsiyyətini təhlil edən çox ciddi obyektiv araşdırma» adlandırılır:

«.. məqalə hələ uzun müddət ictimaiyyət tərəfindən, elmi dairələrdə, ayrı-ayrı kollektivlərdə öyrənilib müzakirə edilməli... sözün həqiqi mənasında Azərbaycan gəncliyinin manifestinə çevrilməlidir».

GƏLƏN İLDƏN «KƏPƏZ»DƏ ƏCNƏBİ OLMAYACAQ

«Futbol+» qəzeti yazır ki, yeni ildən «Kəpəz»in heyətində əcnəbi futbolçu olmayacaq. Qəzetin yazdığına görə, klubun baş məşqçisi Mahmud Qurbanov onlara göndərilən iki legioneri geri qaytaracaq:

«…qalmasını istəyərdim, amma rəhbərliklə söhbətdə belə qərara gəldik ki, yerli futbolçulara üstünlük verək…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG