Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:32

Bakıda məcburi köçkünlərin məskunlaşdığı zavod yandı


-
Dekabrın 29-u səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı zavodda yanğın olub.

ANS-in məlumatına görə, yanğın ümumi sahəsi 35 kv. metr olan tikilinin mətbəx hissəsində baş verib.

Hadisə Binəqədi yolu 100 ünvanındakı 2 saylı Dəzgahqayırma Zavodunun ərazisində qeydə alınıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində xəsarət alan olmasa da, mənzildə olan əşyalar külə dönüb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Araşdırma aparılır.
XS
SM
MD
LG