Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:23

Taliban Pakistanla danışıqlara hazır olduğunu deyir, amma şərtləri var



Pakistandakı Taliban yaraqlıları İslamabadla danışıqlara hazır olduqlarını, amma silahı yerə qoymayacaqlarını deyir. Yaraqlıların lideri Hakimullah Mehsud bu barədə dekabrın 28-də yayılan videoda bildirib.

Hakimullah Mehsud qeyd edir ki, sülh danışıqları üçün başqa bir şərtləri də İslamabadın Vaşinqtonla bütün əlaqələri kəsməsidir.

ABŞ Mehsudu beynəlxalq terrorçular siyahısına salıb və onun yeri haqqında məlumat verənlərə 5 milyon dollar mükafat vəd edir.

Pakistan Talibanının əsas sığınacaqları Əfqanıstanla sərhəddəki Şimali Vəziristan əyalətidir. Bu ərazi ABŞ-ın pilotsuz təyyarələrinin daimi hədəfindədir.
XS
SM
MD
LG