Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:32

Qaydarın qızına vəzifə verildi



Rusiyada keçmiş müxalifət fəallarından olan, keçmiş Baş nazir Yeqor Qaydarın qızı Maria Qaydar Moskva merinin sosial məsələlər üzrə müşaviri təyin edilib. Amma o, bu vəzifədə maaş almayacaq. Qaydar merin müavini Leonid Peçatnikovun rəhbərliyi altında çalışacaq.

Maria Qaydar uzun müddət müxalifətdə olan Sağçı Qüvvələr Birliyinin rəhbəri olub, 2007-ci ildə Dumaya seçkilərdə bu birliyin seçki siyahısının birinci sırasında qərar tutub. 2009-2011-ci illərdə keçmiş müxalifət lideri, Kirov Vilayətinin qubernatoru Nikita Belykh-in müavini olub.

Onun atası Yeqor Qaydar 1992-ci ilin iyunundan dekabrına qədər – prezident Boris Yeltsinin zamanında Baş nairin vəzifələrini icra edib. O, islahatçı siyasətçi kimi tanınıb.
XS
SM
MD
LG