Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:20
-
Dekabrın 28-də «Azadlıq» qəzetinin əməkdaşları «Qasid» yayım firmasının qarşısına yığışmışdılar. Bu firmadan borclarını istəyirdilər.

«Azadlıq» qəzetinin baş redaktoru Rahim Hacıbəyli deyir ki, «Qasid» yayım firması apreldən bəri «Azadlıq» qəzetinin pulunu ödəmir:

««Qasid» firmasının «Azadlıq» qəzetinə borcu 30 min manatdan aşağı düşmür. Yalnız cüzi ödəmələr olur. «Azadlıq» qəzeti üçün 30 min manat böyük məbləğdir. Bu gün sırf bu səbəbdən əməkdaşlara borcumuz var. Təsəvvür edin, Yeni il gəlir, ancaq bizim vəziyyətimiz ağırdır. Bunun arxasında Azərbaycan hakimiyyəti dayanıb. Sırf iqtisadi üsullarla azad mətbuatı boğmaq istəyirlər».

«Qasid» firması təkcə «Azadlıq» qəzetinə borclu deyil. Bu qəzetlərin sayı çoxdur.

ANCAQ MƏRHƏLƏ-MƏRHƏLƏ

Firmanın direktoru Mirkazım Kazımov deyir ki, borcları var, ancaq mərhələ-mərhələ ödəyəcəklər. O, yayda köşkləri götürüləndən sonra vəziyyətlərinin ağırlaşdığını söyləyir:

«Yayda birdən-birə 80 köşkümüzü götürdülər. Problem həm də bundan irəli gəlir. Bizim köşklər sovet dövründən qalmışdı, 6 kvadratmetr idi. İndi yeni köşklər qoyulub, o köşklərdə şərait də var. Bizim hələ o köşklərdən yoxumuzdur».

Mirkazım Kazımov deyir ki, indi 180 köşkləri var. Qəzetləri də orada satırlar. Yeni köşklər üçün onlar da Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər.
Mirkazım Kazımov

Mirkazım Kazımov


Başqa bir firma – «Qaya» yayım firması da 2001-ci ildə götürülmüş 9 köşkünü hələ qaytara bilmir. Firmanın direktoru Xanhüseyn Kazımovun fikrincə, yayım işi inhisara alınmaqdadır:

«İşadamıdır, məmurdur – hər kimdirsə, şəhərdə 150 köşk qoyub. Belə olanda deyərlər, ay Bakı şəhər İcra Hakimiyyəti, 150 köşk qoyurdunsa, niyə «Qaya»nın köşklərini qaytarmırsan? Heç həmin köşklərdə qəzet satmaq fikirləri də yoxdur. İcarəyə verib, pullarını qazanırlar. Azad yayım olmasa, azad mətbuat da olmayacaq».

Yeni köşklər Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə qoyulub.

BAŞQA ŞİRKƏTLƏR ÜÇÜN KÖŞKLƏR NƏZƏRDƏ TUTULMUR

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, hazırda onların sayı 150-dir:

«Bu köşklər Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında qoyulub. Əvvəllər həmin köşklərdə qəzet az satılırdı, indi çox satılır. Son zamanlar bu köşklərdə satılan qəzetlərin sayı, qismən də olsa, artıb. Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu

Qənaətbəxş səviyyədə deyilsə də, gələcəkdə sayları artacaq».

Əlabbas Bağırovun dediyinə görə, şəhər rəhbərliyi digər yayım şirkətləri üçün köşk qoyulması məsələsinə baxmır.

Uzun müddət qəzet yayım işini araşdırmış jurnalist Şahvələd Çobanoğlunun fikrincə, qəzet yayımının vəziyyəti acınacaqlıdır:

«Əvvəl klassik köşkləri yığışdırdılar. Yeni köşkləri qoymaqla yayım işini tamamilə öz nəzarətlərinə keçirdilər. İstədikləri qəzeti satırlar, istəmədiklərini satmırlar. Bu köşklərdən ticarət məqsədi üçün istifadə edirlər. Bu, yayım işinə çox ağır başa gəldi».

Şahvələd Çobanoğlu deyir ki, dövlət bu sahəni nəzarətə götürmək yolunu yox, ayrı-ayrı yayım firmalarına yardım yolunu seçməlidir.
XS
SM
MD
LG