Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:04

Zoralma qurbanı olan gənc qızın vəziyyəti ağırdır



Hindistanda həkimlər zorlama qurbanı olan gənc qızın vəziyyətinin olduqca ağır olduğunu bildirirlər. Dekabrın 16-da 23 yaşlı tələbə qızla sevdiyi oğlana paytaxt Delhidə avtobusda 6 nəfər hücum etmişdi. Həmin adamlar gənclərin hər ikisini ölümcül döymüş və qız zorlamışdılar. Hücumçuların hamısı həbs edilib.

Dünən qızı müalicə üçün Sinqapura aparıblar. Həkimlər bildirirlər onun ciyərlərində, qarın boşluğunda iltihab və başında kəskin yaralar var. Onun hələ Hindistanda olarkən ürək tutması da olduğu bildirilir.

Gənc qızla sevgilisinin üzləşdikləri bu zorakılıq Hindistanda qadınların daha yaxşı qorunması tələbilə kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Hökumət bununla bağlı yeni qanunlar hazırlanacağını, seksual xarakterli cinayətlərə görə daha sərt cəzalar veriləcəyini vəd edirlər.
XS
SM
MD
LG