Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:18

Çin internet istifadəçilərindən real adlarla qeydiyyat tələb edir



Çində 600 milyon internet istifadəçisindən real adları ilə qeydiyyat tələb edən qanun qəbul edilib. Çinli deputatlar bunu “fərdi informasiyaların və ictimai asayişin qorunması zərurəti” ilə izah edirlər.

Amma azad söz müdafiəçiləri bildirirlər ki, bu tədbir Çində fikrin azad ifadəsinin qarşısını alacaq. Çünki bu ölkədə korrupsiya və məmurların vəzifədən sui-istifadələri ilə bağlı məlumatlar internetdə adətən anonim adlarla yayılır.

Yeni qanun həmçinin “qanunsuz informasiyalar” yayan saytların, belə məlumatların silinməsini leqallaşdırır.

İnternet xidməti göstərən şirkətlər həm də yayılması cinayət sayılan informasiyalar haqqında hakimiyyət orqanlarını xəbərdar etməli olacaqlar.

Bu həftənin əvvəlində “The Los Angeles Times” yazıb ki, Çin hökuməti ölkədə qadağan edilmiş saytlara girməyə imkan verən proqramları da müəyyənləşdirərək məhv edib.
XS
SM
MD
LG