Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:45

Yeni tunel istifadəyə verildi


-
Dekabrın 28-də Bakının Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yeraltı avtomobil tuneli istifadəyə verilib.

AzərTAc-ın məlumatına görə, açılışda prezident İlham Əliyev iştirak edib.

Tunelin uzunluğu 546, eni 16,5 metr, hərəkət zolaqlarının sayı isə dörddür.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına tunel tipli yol qovşaqları layihəsi barədə məlumat verib. Bildirib ki, bu layihə metronun «Gənclik» stansiyasının ətrafında nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin olunmasını nəzərdə tutur.

Layihəyə əsasən, bu ərazidə 6 girişi, 10 çıxışı, ümumi uzunluğu 2470 metr olan 6 tunel tipli yol qovşağının, 10 piyada keçidinin inşası nəzərdə tutulub.

Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospektini Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinə birləşdirəcək. Beləliklə, Təbriz küçəsindən hərəkət edən avtomobillər «Gənclik» dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin, avtomobilləri qısa döngələrlə Xoyski prospektinə istiqamətləndirmək mümkün olacaq.

Vaqif prospektindən gələn avtomobillər Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaqlar.

Tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110 min kvadratmetrdir. Layihə tamamlandıqdan sonra «Qələbə meydanı» adlanan ərazidə hərəkətin intensivliyi xeyli artacağı güman olunur.

Həmin tunellərin 9 ballıq zəlzələyə davamlı olacağı da vurğulanıb.

Tikinti «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG