Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:57

İşsizliyin küçə «keyfi»


Alik Petroviç
Alik Petroviç
-
Divarın küncündə yataq, divardan asılan gitara, sınıq-sökük radio... Burada yaşayan var. Əvvəllər ifası ilə insanları sevindirən bu insan musiqiçidir. Küçə musiqiçisi... 52 yaşlı Alik Petroviç əvvəllər Nizami küçəsində çalırmış. Ancaq indi çalmağa icazə vermirlər:

«Bütün respublikalarda küçələrdə çalmağa icazə verilir. Hətta musiqiçilər keçidlərdə, yol kənarlarında çalıb oxuyurlar. Onlara heç kim heç nə demir. Ancaq bizdə «olmaz» deyirlər. «Torqovı»da, Dram Teatrının yanında çalırdım həmişə. Ancaq indi polislərlə qaçdı-qov oynamaqdan bezmişəm. Ona görə də, özümə başqa iş tapmışam».

Alik uzun müddət pul qazana bilmədiyi üçün küçələrdə yaşamalı olub. Sonra bir nəfər ona kitablarını satmaq, mağazasını təmizləmək müqabilində sığınacaq verib. İndi həmin adama kömək etməklə bir qarın çörək və yatmağa isti yer qazanır:

«Düzdür, küçədə oxuduğum vaxt qazancım o qədər də çox olmurdu. Çörəkpulumu çıxarırdım. Gün ərzində 4-5 saat gitara çalırdım. Heç Faiq Ağayev də bir sutka dayanmadan oxuya bilməz. Ancaq indi polislər imkan vermir. Məni görüncə, tutub aparırlar».

Alikin küçədə çalmaq imkanı əlindən alınsa da, o, kafe və restoranlarda, ad günü şənliklərində çalıb-oxuyur. Özünə yeni il arzuları, həyatdan gözlədikləri də var:

«İstəyirəm yeni ildə evim olsun, daha heç kim mənə «burdan dur, orda otur!» deməsin. Evimə girib, qapımı örtmək istəyirəm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG