Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:14

Putin ABŞ-a övladlığa uşaq verilməsini qadağan edən qanunu imzaladı [Video]


-
Rusiya prezidenti Vladimir Putin öz ölkəsindən ABŞ vətəndaşlarına övladlığa uşaq verilməsini qadağan edən qanunu imzalayıb.

Dekabrın 28-də imzalanan sənəd ABŞ-da qəbul olunan “Magnitsky qanunu”na cavab olaraq qəbul edilir. “Magnitsky qanunu” Rusiyada anti-korrupsiya fəalı Sergei Magnitsky-nin ölümündə və başqa insan haqları pozuntularında əli olan adamların ABŞ-a səfərlərinə qadağa və başqa sanksiyalar nəzərdə tutulur.

Ekspertlər Rusiyanın buna cavab olaraq qəbul etdiyi qanunun əslində bu ölkədəki yetimləri qurbana çevirdiyini deyirlər. Qanun yanvarın 1-dən qüvvəyə minir.

Elə bu gün həmçinin Moskva məhkəməsi 2009-cu ildə vəkil Sergei Magnitsky-nin ölümü ilə bağlı həbs edilmiş keçmiş tibb işçisi Dmitry Kratova bəraət verib. O, Magnitsky-nin ölümünə görə məhkum edilmiş yeganə şəxs idi.

Məhkəmənin çıxardığı bəraət qərarında Magnitsky-nin ölümündə Kratovun hər hansı formada iştirakına dair sübutların olmadığı göstərilir.

Magnitsky-nin ailəsi və müdafiəçiləri məhkəmənin bu qərarını fırıldaqçılıq adlandırıblar.
2011-ci ildə Prezident yanında İnsan Haqları Şurası apardığı araşdırmadan sonra Sergei Magnitsky-nin həbsdə döyülməsi və ona tibbi yardım göstərilmədiyini bildirmişdi.

Həmkarları Sergei Magnitsky-nin yüksək rütbəli məmurların qisasçılığının qurbanı olduğunu deyirlər. O, ölümündən əvvəl yüksək vəzifəli şəxsləri vergidən yayındırmaqla 230 milyon dolları mənimsəməkdə ittiham edən sənədlər yaymışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG