Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:28

Anatoly Serdyukov korrupsiya ittihamları ilə istintaqa cəlb edilib


Prezident Vladimir Putin (solda) Müdafiə naziri Anatoly Serdykov-la birlikdə hərbi akademiyanın buraxılışı mərasmində. Moskva, 28 iyun 2012

Prezident Vladimir Putin (solda) Müdafiə naziri Anatoly Serdykov-la birlikdə hərbi akademiyanın buraxılışı mərasmində. Moskva, 28 iyun 2012


Rusiyanın keçmiş Müdafiə naziri Anatoly Serdyukov 100 milyon dollarlıq əmlakın mənimsənməsi ittihamı ilə istintaqa cəlb edilib.

Rusiya İstintaq Komitəsi dekabrın 28-də bildirib ki, keçmiş nazirə qarşı ittihamları detektivlər bütün incəlikləri ilə araşdıracaqlar.

Amma Serdykov vəkilinin iştirakı olmadan suallara cavab verməkdən imtina edib. Onun vəkili isə xəstə olduğundan işə çıxa bilməyib. Keçmiş nazir yanvarın 11-də yenidən şahid kimi istintaqa cəlb ediləcək.

Noyabrın əvvəlində qalxan skandaldan sonra prezident Vladimir Putin Müdafiə nazirini istefaya göndərib. Hazırda ona qarşı ittiham irəli sürülməsə də keçmiş yardımçısı Yevgenia Vasilyeva-ya qarşı saxtakarlıq və mənimsəmə ittihamları irəli sürülüb.

Vasilyeva Müdafiə Nazirliyinin əmlakını bazar dəyərindən aşağı qiymətlərlə yaxın çevrədəki adamlarına satmaqda suçlu sayılır. İttihama görə bu alqı-satqıda dövlət büdcəsi 100 milyon dollar itirib.

Rusiya mediası Serdykov-un öz yardımçısı ilə şəxsi münasibətləri olduğunu yazır. Media hətta oktyabrda Moskvada Vasilyeva həbs olunarkən evdə Serdykov-la birlikdə olduğunu yazır.
XS
SM
MD
LG