Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:16

İran donanması hərbi təlimə başlayıb



İran Fars Körfəzində özünə aid sularda hərbi təlimlərə başlayıb. İranın dövlət mediası sualtı qayıqlar, döyüş gəmiləri və hərbi hava qüvvələrinin də qatıldığı təlimlərin dekabrın 28-də başlandığını yazır.

İranın hərbi dəniz qüvvələrinin komandanı bildirib ki, yanvarın 2-ə qədər davam edəcək təlimlər Hind Okeanının şimal ərazilərinə qədər məsafəni əhatə edəcək.

Dünya bazarlarına neft ixracının üçdə-biri bu Körfəz vasitəsilə həyata keçirilir. Tehran bundan əvvəl bir neçə dəfə ona qarşı hücum olarsa, Körfəzi bağlayacağı ilə hədələyib. Buna cavab olaraq ABŞ da Körfəz regionundakı hərbi qüvvələrini gücləndirib. Regiona iki döyüş təyyarələri daşıyan gəmi göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG