Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:33

Moskva məhkəməsi Magnitsky-nin işi ilə bağlı həkimə bəraət verib



Moskva məhkəməsi 2009-cu ildə vəkil Sergei Magnitsky-nin ölümü ilə bağlı həbs edilmiş keçmiş tibb işçisi Dmitry Kratova bəraət verib. O, Magnitsky-nin ölümünə görə məhkum edilmiş yeganə şəxs idi.

Məhkəmənin dekabrın 28-də çıxardığı bəraət qərarında Magnitsky-nin ölümündə Kratovun hər hansı formada iştirakına dair sübutların olmadığı göstərilir.

Magnitsky-nin ailəsi və müdafiəçiləri məhkəmənin bu qərarını fırıldaqçılıq adlandırıblar.
2011-ci ildə Prezident yanında İnsan Haqları Şurası apardığı araşdırmadan sonra Sergei Magnitsky-nin həbsdə döyülməsi və ona tibbi yardım göstərilmədiyini bildirmişdi.

Həmkarları Sergei Magnitsky-nin yüksək rütbəli məmurların qisasçılığının qurbanı olduğunu deyirlər. O, ölümündən əvvəl yüksək vəzifəli şəxsləri vergidən yayındırmaqla 230 milyon dolları mənimsəməkdə ittiham edən sənədlər yaymışdı.
XS
SM
MD
LG