Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:48

Həmkarların üzvlük haqqını gecikdirənlər cərimə olunacaq




Parlamentin dekabrın 28-də keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib. Dəyişikliyə görə, işəgötürən, mülkiyyət formasından asılı olmayaraq, Həmkarlar İttifaqının üzvü olan işçilərin əmək haqqından tutulan üzvlük haqqını 4 iş günü müddətində həmin idarənin həmkarlar ittifaqı təşkilatının hesabına köçürməlidir.

Buna əməl etməyən vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər cərimə olunacaq.

Deputat Azay Quliyev son illərə qədər transmilli qurumlarda həmkarlar təşkilatlarının yaradılmasına maneələr olduğunu deyib:

«BP-nin ayrı-ayrı qurumlarında belə problemlər var. Mən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevdən xahiş edirəm bizə indiki durum barədə məlumat versin».

BP-dən isə bildirirlər ki, şirkətdə həmkarlar təşkilatının yaradılmasına əngəl yoxdur, sadəcə heç bir işçidən belə bir müraciət gəlməyib.

Deputat Zahid Oruc da xarici şirkətlərdə həmkarlar təşkilatları ilə bağlı problemlərdən danışdı. Onun fikrincə, neft müqaviləsi imzalayanda rəsmilər bu məsələyə o qədər də diqqət ayırmayıblar və durumun belə olacağını da proqnozlaşdırmayıblar.
XS
SM
MD
LG