Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Aliment ödəməkdən boyun qaçıranların cəzası sərtləşdirildi


Aliment ödəməkdən boyun qaçıranlar 3 il azadlıqdan məhrum edilə bilər. Bunu dekabrın 28-də Cinayət Məcəlləsində dəyişikliklərlə bağlı çıxışında Milli Məclisin Dövlət Quruculuğu və Hüquq Siyasəti Komitəsinin sədri Əli Hüseynli səsləndirib.

«Parlamentdə bu məsələ dəfələrlə qaldırılıb. Məhz alimentlərlə məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə təklif olunur ki, Cinayət Məcəlləsinin 176-cı maddəsi Cinayət Məcəlləsindən çıxarılsın. Cinayət Məcəlləsinin bu maddəsi məqsədli şəkildə alimenti ödəməkdən boyun qaçıran şəxslərə görə məsuliyyəti nəzərdə tutur. Amma bu məsuliyyət həddindən artıq aşağıdır, 6 aylıq azadlıqdan məhrumetməni nəzərdə tutur. İndi bu qəbildən olan bu məsələlərə Cinayət Məcəlləsinin 306-cı maddəsi tətbiq olunacaq. Məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum ediləcəklər».

Deputata görə, bu, məhkəmə qərarlarının icrası üçün böyük təkan ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG