Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:22

Oqtay Əsədovun deputata iradı


Oqtay Əsədov
Oqtay Əsədov
«Şimali Kipr Türk Cümhuriyyəti ilə parlament dostluq qrupu yaradılsın».

Bunu deputat Fazil Mustafa Efiopiyada səfirliyin açılması ilə bağlı məsələnin müzakirəsi zamanı səsləndirib.

«Bizim Şimali Kipr Türk Cümhuriyyəti ilə gözəl əlaqələrimiz var. 10-a yaxın millət vəkili təklif edib ki, parlament dostluq qrupu yaradılsın».

Spiker Oqtay Əsədov Fazil Qəzənfəroğlunun bu məsələni əvvəlcədən məsləhətləşmə aparmadan Milli Məclisdə səsləndirməsini ona irad tutub.

«Şimali Kiprin Azərbaycanda nümayəndəliyi var. Eyni zamanda Azərbaycandan ora çarter reysləri də həyata keçirilir. Millət vəkilləri də səfərlər edirlər. Münasibətlərdə bəzi məsələlər öz
yerini tutur. Amma Azərbaycanın problemlərini də bilirsiniz. Ona görə də belə məsələləri məsləhətləşmədən Milli Məclisdə səsləndirmək düzgün deyil».
XS
SM
MD
LG