Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:31

2012-ci ilin son iclası başladı


Milli Məclisin 2012-ci ildə sonuncu iclası başlayıb. Gündəlikdə 17 məsələ var. Hazırda Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilir.

Deputat Qüdrət Həsənquliyev Bakıda tıxac probleminə toxunub. O, indi paytaxt küçələrində hərəkətin mümkünsüz olduğunu deyib.

«Gələcəkdə vəziyyət daha pis ola bilər. Təklif edirəm ki, rayonlarda yaradılan sənaye müəssisələri vergidən azad edilsin. Bakıdakı sənaye müəssisələrindən vergi tutulsun ki, iş adamları daha çox bölgələrə üz tutsun».

Deputatın fikrincə, bu paytaxtda tıxacların aradan qalxmasına xeyli təsir göstərə bilər.

19 dəqiqə ərzində Milli Məclis artıq 17 məsələdən 7-sinə baxıb.
XS
SM
MD
LG