Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:48
-

«Dövlət Neft Fondu məcburi köçkünlərin rahat evlərlə, mənzillərlə təmin edilməsi sahəsində çox böyük iş görüb».

AzərTac-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin istifadəyə verilməsi mərasiminkindəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək:

«Sadəcə olaraq biz çalışırıq ki, bunu tezliklə edək. Bu gün işğal altında olan torpaqlara vətəndaşlarımız tezliklə qayıtsın. Tezliklə o şəhərləri biz yenidən tikək, yenidən quraq, bərpa edək».

Prezident qeyd edib ki, münaqişəyə nə qədər tez son qoyulsa, hər kəs üçün də o qədər yaxşı olar: «Biz də Azərbaycan dövləti olaraq öz tərəfimizdən ölkəmizi gücləndirməklə, iqtisadi, siyasi islahatları aparmaqla, ordumuzu gücləndirməklə qələbə gününü yaxınlaşdırırıq».

Prezidentin sözlərinə görə, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək istiqamətdə bütün imkanlardan istifadə edir.

«Biz həm siyasi, diplomatik istiqamətdə, iqtisadi sahədə, əlbəttə, ordu quruculuğu işində daha da güclü olmalıyıq. Gün gələcək biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və ondan sonra bu gün dağıdılmış şəhərləri yenidən quracağıq, bərpa edəcəyik. Azərbaycanlılar öz doğma torpaqlarında yaşayacaqlar, yaşamalıdırlar. Mən buna inanıram, buna əminəm və əminəm ki, bütün Azərbaycan xalqı buna inanır və biz qələbə gününü görəcəyik».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG