Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:35

Homoseksualların hüquq və azadlıqlarını müdafiə edən qurum yaradılıb


-

Azərbaycanda homoseksualların hüquq və azadlıqları müdafiə edən, psixoloji və tibbi dəstək göstərən Nəfəs LGBT Azərbaycan Alyansı yaradılıb. Alyansın məqsədi homoseksuallara qarşı mövcud homofobiyanı aradan qaldırılmaqdır.

Qurum bu istiqamətdə beynəlxalq və yerli insan hüquqları müdafiəsi təşkilatları ilə əməkdaşlıq etməyi planlaşdırır.

Azərbaycan Respublikasının Qanunvericiliyində insanların cinsi ayrı seçkiliyə məruz qalmaması təsbit olunub və respublikamız dünyəvi bir dövlətdir. Hərçənd təşkilat bildirir ki, mövcud qanunvericiliyin işləməməsi səbəbindən homoseksuallar işdən çıxarılır,
hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına rahatlıqla müraciət edə bilmirlər.

Psixoloji yardım göstərilməsi üçün təşkilata müraciət edəcək homoseksualların anonimliyi qorunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG