Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

YAP seçkilərlə bağlı hazırlıqlara başlayıb


-
Yeni Azərbaycan Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük bir proqram hazırlanıb. Proqram 2013-cü ilin ilk həftələrindən ardıcıl şəkildə həyata keçiriləcək.

Bunu yap.org.az saytına müsahibəsində partiyanın sədr müavini, icra katibi Əli Əhmədov deyib.

«Yeni Azərbaycan Partiyası hesab edir ki, prezident İlham Əliyev qarşıdan gələn seçkidə bütün Azərbaycan xalqının namizədi kimi qəbul edilir» deyən Əli Əhmədov bildirib ki, «2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti prezident İlham Əliyevə səs verəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG