Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:22

Prezident yol polisində korrupsiyanı kəsmək üçün daha bir sərəncam verdi


Arxiv foto.
Arxiv foto.
-

Dekabrın 26-da Prezident İlham Əliyev yol nəqliyyat hadisələri ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı sərəncam imzalayıb.

AzərTac-ın məlumatına görə, prezident sərəncamında bunları tapşırır:

- Prezident Administrasiyası 2 aya sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi qaydalarının təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması ilə bağlı təkliflərini prezidentə təqdim etsin.

Administrasiya həmçinin yol qəzalarının sərxoş halda, nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyəti sərtləşdirilsin.

- Nazirlər Kabineti 1 ay müddətində “Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə ödənilən cərimələrin 25 %-nin yol polisi əməkdaşlarının aylıq maaşlarına əlavənin verilməsi üçün istifadə qaydalarını prezidentlə razılaşdıraraq təsdiq etsin.

- Daxili İşlər Nazirliyi 1 ay müddətində nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini prezidentə təqdim etsin.

- Ədliyyə və Səhiyyə nazirlikləri və məhkəmələr qəzaların ekspertizalarının qanunun tələblərinə əməl edilməklə vaxtında və obyektiv aparılmasına nəzarəti gücləndirsin, bu sahədə mövcud olan nöqsanları aradan qaldırsın və qanunun tələblərini pozan ekspertlər barəsində ciddi intizam tənbeh tədbirləri görsün.

- Baş Prokurorluq qəzaların təhqiqatında və istintaqında qanunların icrasına nəzarəti gücləndirsin, aşkar olunan pozuntuların aradan qaldırılmasını təmin etsin.

Həmçinin prokurorluq yol qəzaları ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etsin.

- Ali Məhkəməyə məhkəmə orqanları tərəfindən yol qəzalarına dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsini ümumiləşdirmək və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsini formalaşdırmaq tövsiyə edilir.

Prezident İlham Əliyev keçən il fevralın 14-də də yol polisi əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair sərəncam vermişdi. Bu sənəddə də cərimələrin yalnız bank vasitəsilə ödənməsi, cərimə məbləğlərinin 25 faizinin yol polisi əməkdaşının maaşına əlavə olunmasına dair sərəncam vermişdi.

Amma Bakıda tənqidçilər deyirlər ki, yalnız keçən ilin əvvəlində prezidentin göstərişi ilə aparılan anti-korrupsiya kampaniyasının ömrü cəmi bir neçə ay çəkib.
XS
SM
MD
LG