Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27
-



«Bizim yol» qəzeti yazır ki, bayram günləri ilə bağlı şəhərlərarası nəqliyyatda sıxlıq yaranıb.

Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev isə deyir ki, dekabrın 28-dən yanvarın 6-na qədər gücləndirilmiş iş rejimində işləyəcəklər. Sərnişin sıxlığı nəzərə alınaraq 200-ə qədər əlavə avtobus xəttə buraxılacaq.

«Hər bayram öncəsi avtovağzalda görməyə alışdığımız mənzərə var. Sərnişinlərin sayı adi günlərə nisbətən iki-üç dəfə artmışdı. Avtobuslara sərnişinlər biletsiz daxil olurlar. Gediş haqqını sürücüyə ödəyirdilər. Biletlərdə qiymət artımı da müşahidə olunur».

BOŞANMALARIN SAYI NİYƏ ARTIB?

«Azadlıq» qəzeti son 7 ildə Azərbaycanda boşanmaların faizinin artdığından yazır. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova sözügedən problemlərlə bağlı bildirib ki, boşanma üçün müraciət edənlərin əksəriyyəti daha çox ailə zorakılığı ilə üzləşənlərdir».

AZƏRBAYCAN-GÜRCÜSTAN MÜNASİBƏTLƏRİNİN BÜTÜN TƏRƏFLƏRİ MÜZAKİRƏ OLUNACAQ

«Azərbaycan» qəzeti yazır ki, bunu dekabrın 26-da Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Əli Həsənov bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da yüksək səviyyədə davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG