Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:39

Əfv sərəncamının icrasına başlanılıb


Arxiv foto: Qadın həbsxanası
Arxiv foto: Qadın həbsxanası
-
Dekabrın 27-si səhərdən Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əfv sərəncamının icrasına başlayıb. Əfv sərəncamının icrasında Ombudsman aparatının, ictimaiyyət, media nümayəndələri iştirak edir.

Trend-in məlumatına görə, Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov 4 saylı qadın məhkumların cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası zamanı çıxışında deyib ki, əfv sərəncamının imzalanması Prezidentin həmin şəxslərin ailələrinə etimadıdır.

«Ümid edirik ki, əfv olunanlar yenidən cinayət törətməyəcəklər», Əlixanov bildirib.

PREZİDENTİN YENİ ƏFV SƏRƏNCAMI [SİYAHI]

Dekabrın 26-da prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Sərəncam ümumilikdə 86 nəfərə şamil edilib.

Siyahıda «siyasi məhbus» kimi tanınanlardan AXCP üzvü Şahin Həsənli, hüquq müdafiəçiləri Vidadi İsgəndərli, Taleh Xasməmmədov, İranın «Səhər» televiziyasının müxbiri Anar Bayramlı və «Xural» qəzetinin müxbiri Aydın Canıyevin də adları var.

Bu, Azərbaycan müstəqillik qazanandan 53-cü əfv sərəncamıdır. İndiyə qədər əfv ilə 5528 nəfər azad edilib.

ƏFV SİYAHISI İLƏ BURADA TANIŞ OL

6 NƏFƏR QALDI

Son əfv fərmanından sonra hüquq müdafiəçilərinin Monitorinq Qrupunun siyasi məhbus siyahısında 6 nəfərin adı qalıb.

Bunu AzadlıqRadiosuna Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı deyib:

«Çox sevindim, Christoph Strässer-in siyahısından 15, bizim də 10 nəfərlik siyahımızdan 4 nəfər əfv edilib. İndi bizim siyahıda 6 nəfər siyasi məhbusun adı var. Bir nəfər də potensial siyasi məhbus Fuad Hüseynovdur. Strässer-in siyahısından azadlığa çıxanların çoxu dindarlardır. İndi onun siyahısında 52 nəfərin adı qaldı».

S.Qocamanlı deyir ki, onlar əfv üçün prezidentə müraciətə sabiq nazirlər Əli İnsanovla Fərhad Əliyevin adlarını da salıblarmış. Amma hüquq müdafiəçisi onların adlarının siyahıda olmamasına təəssüflənir:

«Biz prezidentə müraciətimizdə bütün siyasi məhbusların buraxılmasını və bununla da siyasi məhbus məsələsinə birdəfəlik son qoyulmasını istəmişdik. Bundan başqa istəyirdik ki, səhhəti ilə əlaqədar Hilal Məmmədovun həbsi ev dustaqlığı ilə əvəzlənsin. İnanıram ki, onlar və digərləri Novruz bayramında əfv olunacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG