Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Yollardakı tıxacları mobil telefonla öyrənmək olacaq


-
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yollardakı vəziyyətdən xəbər tutmaq məqsədilə mobil telefonlar üçün proqram təminatı istifadəyə verib.

Bu barədə AzərTAc məlumat yayıb.

Proqram təminatını mobil telefonuna yükləmiş istifadəçi real vaxtda Bakının avtomobil yollarının vəziyyəti, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar haqqında məlumat ala biləcək.

«iPhone 3GS», «iPhone 4», «iPhone 4S», «iPhone 5», «iPod touch» (3, 4 və 5-ci nəsil) və «iPad iOS 4.3» qurğuları tərəfindən dəstəklənən, həmçinin «iPhone 5» üçün uyğunlaşdırılan proqram təminatı pulsuzdur.
XS
SM
MD
LG