Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:23

«Aya dəmiryolu» layihəsi


-
Sonuncu dəfə Amerikan astronavtları Ayın səthinə 40 il əvvəl, 1972-ci ilin dekabrında ayaqları dəymişdi. O vaxtdan sonra bu proqramlarım çox bahalı və qəliz olması üzündən Ayın səthinə insanlar enməyib.

1.5 MİLYARD DOLLARI KİM VERMƏK İSTƏR?

İndisə, ABŞ-dakı özəl bir şirkət – Golden Spike şirkəti istənilən dövlətə Ayın səthinə kosmonavt endirməyi imkan verən bir layihə hazırlayıb. Şirkətin biznes meneceri Max Vozoff 2 nəfərin ay səthinə endirilib, sonra da geri qayıtmasının xərcinin 1.5 milyard dolara başa gələcəyini deyir. Bundan ötrü hazırlanacaq xüsusi raket və kosmik aparatların 2020-ci ildən işədüşməsini nəzərdə tuturlar. Amma 1.5 milyard dollara bu missiyanı kimlər alacaq?

Max Vozoff:

“Hal hazırda 6-ya yaxın dövlət Aya müxtəlif robot missiyaları missiyaları, ay səthini öyrənir, nümunələr götürür və geri göndərir. Və bu robot göndərmək missiyalarına bizim 2 adamı göndərmək üçün qoyduğumuz qiymətdən daha çox pul xərcləyirlər”.

Vozoff deyir ki, odur ki, ən azı bu dövlətlərin özləri onların texnologiyasında maraqlı olacaqlar. Amma əmindir ki, dünyada özləri kosmik aparatlar düzəldə bilməyən, amma həm kosmosa uçmaq, həm də aya enmək arzusunda olan, və bunun üçün çoxlu pulu olan dövlətlər var. Golden Spike da məhz təhsilini, sənayesini stimullaşdırmaq, və ya sadəcə prestij üçün bu cür layihələri axtaran dövlətlərə də imkanlar yaratmağı düşünür.

ŞİRKƏT 8 MİLYARD DOLLAR İLKİN KAPİTALI HARADAN ALIR?

Hazırda ABŞ, Rusiya, Çin, Hindistan, Yaponiya, gələcəkdə isə Cənubi Koreya və Britaniya da komisk proqramlar və texnologiyalar üzərində işəyirlər. Amma Golden Spike-ın təklif elədiyi 2 adamı Aya endirməyə imkan verəcək texnologiya üçün 7-8 milyard dollarlıq investisiya da tələb olunur. Bəs özəl bir şirkət bu investisiyasını haradan tapacaq?

“Vozoff deyir ki, dünyada elə nəhəng infrastruktur layihəsi yoxdur ki, işə başlayanda bütün tələb olunan maliyyəsi hesabında hazır dayansın. Digər tərəfdən bu dəfə xərclər əvvəlki bənzər layihələrlə müqayisədə 50 dəfə azdır”.

Üstəlik, bu xərclərin hamısını kapital olaraq əvvəlcədən cəlb eləməyi düşünmürlər, bir hissəsini əvvəlcədən toplayacaqları gəlirlərlə düzəltməyi düşünürlər.

TEXNOLOGİYA NECƏ OLACAQ?

Texnologiyaya gəldikdə isə, Vozoff 1972-ci ildə istifadə olunandan daha yüngül raketlər hazırlamağı nəzərdə tutduqlarını deyir. Məsələ burdadır ki, aya insan endirmək bir qədər çox hissəli və qəliz olur. Çünki Yerdən Orbitə qalxmaq üçün bir raket tələb olunur, sonra kosmosdan Ayın orbitinə qədər bir uçan aparat, sonra o uçan aparatı Ayın səthinə sağ-salamat endirmək də başqa texnologiya tələb edir. Çünki ay və yerin cazibə qüvvələri fərqli olur. Aya enəndən sonra oradan qalxmaq üçün başqa bir raket lazımdır, sonra da yerin orbitinə girəndən sonra kosmonavtları yerə endirmək üçün başqa bir paraşütlü aparatdan söhbət gedir. Qısacası, məhz bütün bu imkanları və aparatları özündə birləşdiyi üçün 1972-ci ildə Aya uçan Amerikanın Apollo gəmisinin çəkisi 100 tondan çox idi.

Vozoff isə deyir ki, onlar bu prosesi mərhələlərə bölmək istəyirlər. onların Yerin orbitində öz stansiyası olacaq. Yerdən o stansiyaya kosmonavtları uçuracaqlar. Sonra o stansiya Aya yaxınlaşacaq. Burdan başqa raketlərlə Aya enəcək və qalxacaq. Və eyni yolla da geri ə qayıdacaq. Yəni Golden Spike əslində “özləri demişkən” Aya sanki bir dəmir yolu salmaq istəyir. Və bu dərmir yolu ilə Aya gedib-orda nə isə iş görmə istəyənlər üçün imkanlar yaradacaq.

"AYA DƏMİR YOLU" LAYHİSƏSİNİN XEYRİ NƏDİR?

Vozoff əmindir ki, onların bu layihəsi 1862-ci ildə ABŞ-ın Qərbinə salınan Transcontinental Dəmir Yolu layihəsi kimi sənayedə sıçrayışa nail ola bilər.

“Transcointinental Dəmir yolu layihəsi kommersiya baxımından çox gəlirli oldu, amma eyni zamanda ABŞ sənayesinin inkişafına inanılmaz dəyər qatdı. Bizimki də məncə eyni şey olacaq, amma təkcə Amerika üçün yox, bütün dünya üçün faydalı ola biləcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG