Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

Ata-oğul--Həsən və Ucal Haqverdiyevlərin birgə sərgisi açılıb


Sərgi həftə sonunadək davam edəcək

Sərgi həftə sonunadək davam edəcək

-
Bakıdakı «1969» sərgi salonunda mərhum rəssamlar, ata və oğul - Həsən və Ucal Haqverdiyevlərin sərgisi açılıb.

Sərginin açılışında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının rəhbəri Aleksandr ata, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Əbülfəs Qarayev hər iki fırça ustasının özünəməxsus yaradıcılıq üslubundan söz açıb.

Nazir Ucal Haqverdiyevi orta nəslə mənsub rəssamlar sırasında parlaq istedadı ilə fərqlənən fırça ustası adlandırıb və əlavə edib ki, Ucal Haqverdiyevin əsərlərində fərqli ruhun varlığı aşkar sezilir.

Aleksandr ata isə çıxışında qeyd edib ki, sərgiyə təqdim olunan onlarla əsər rəssamın daxili aləmi və yaradıcılığı haqqında təsəvvür yaradır:

«Ucal mənim dostum idi, son illər ağır xəstə olmasına baxmayaraq, rus kilsəsinin rəsmlərini işləyirdi».

Dostları hər iki fırça ustası haqqında unudulmaz xatirələrini bölüşüb.

Sərgi həftə sonunadək davam edəcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG