Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:19

Metalyayma müəssisəsinə yeni hücum olub


«Şəhriyar- 99» metalyayma müəssisəsi

«Şəhriyar- 99» metalyayma müəssisəsi

-

Güzdək qəsəbəsindəki «Şəhriyar- 99» metalyayma müəssisəsinə dekabrın 26-da yenidən hücum olub.

Bu barədə AzadlıqRadiosuna müəssisənin direktoru Tahir Əliyev məlumat verib.

Onun dediyinə görə, bu dəfə də müəssisəyə hücum edənlər özlərini «Baku Steel Company»nin əməkdaşları kimi tanıdıblar. Üstəlik:

«Yük maşınları ilə gəliblər, müəssisəmizdəki bütün metalları aparmaq istəyirlər. Mən Daxili İşlər Nazirliyinin «102» xidmətinə məlumat vermişəm».

«102»yə müraciətdən sonra ərazidə olan Abşeron rayon polis şöbəsinin əməkdaşı Kamal Şükürov zavoda heç bir hücumun olmadığını deyir.

«HÜCUM OLMAYIB»

«Bura hücum olmayıb. Sadəcə «Baku Steel Company»nin əməkdaşları gəlib, metal aparmaq istəyirlər, müəssisənin əməkdaşları da deyir, vermirik. Mülki məsələdir. Mən telefon nömrəmi hər iki tərəfə verdim, dedim hüquqi yardım lazım olsa, zəng edin. Artıq ərazidən uzaqlaşdım. Bizlik bir məsələ yoxdur, nə isə öz aralarında olan bir işdir».

«Baku Steel Company»dən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Şirkətin icraçı direktoru Rasim Məmmədov AzadlıqRadiosunun bu məsələ ilə bağlı sualını dinləyəndən sonra telefonu qapayıb.

Avqust ayından bəri Bakıda və ətraf qəsəbələrdə olan 30-a yaxın metal müəssisənin fəaliyyəti dayandırılıb. Müəssisələrin əksəriyyəti bu göstərişin «Baku Steel Company»dən gəldiyini bildirib.

«Şəhriyar-99» metalyayma müəssisəsinə birinci dəfə avqustun 2-də hücum olub və bir-neçə maşın metal aparılıb. Həmin gündən də fəaliyyətinə qeyri-rəsmi qadağa qoyulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG