Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54
-

Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni ilə yeni tamaşalarla gələcək.

Yeni ilin ilk günlərində Bolqar yazarı Pancho Panchev-in «Dörd əkiz qardaşlar haqqında nağıl» pyesi əsasında eyniadlı tamaşasının məşqlərinə start verilir.

Yeni ilin ilk günlərində məşqlərinə başlanılacaq daha bir tamaşa İsveç şairi, dramaturq, ssenarist və teatr rejissoru Lars Norén-in «Müharibə» pyesi əsasında hazırlanacaq.

Xəbəri teatrın mətbuat xidməti AzadlıqRadiosuna verib.

Həmçinin Azərbaycan və Beynəlxalq Teatr günləri ərəfəsində teatrda yeni yaradılan «Çardaq» səhnəsində mono və eksperimental tamaşaların nümayişi də nəzərdə tutulur.

Teatrda Aleksey Tolstoy-un «Qızıl açar» («Buratinonun sərgüzəştləri») tamaşası hazırlanacaq.

«Qaraca qız» tamaşası isə yeni heyətlə, yeni quruluş və tərtibatda tamaşaçıların ixtiyarına veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG