Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:29

Qazaxıstanda milli matəm elan edilib


Foto arxiv
Foto arxiv
Bu gün Qazaxıstanda milli matəm elan edilib.

AN-72 təyyarəsinin Şimkənd yaxınlığında qəzaya düşməsi nəticəsində 27 adam ölüb.

Sərhəd qoşunlarına məxsus təyyarə Şimkəntdə yerə enərkən qəzaya düşüb.
Sərhəd qoşunlarının icraçı direktoru Turganbek Stambekovla onun həyat yoldaşı da ölənlərin arasındadır.

Hadisənin şahidi olan Davron Yuldashev yerə dəyərkən təyyarənin 4 yerə bölündüyünü deyir.

Pis hava şəraiti, insan faktoru və texniki nasazlıq da daxil olmaqla qəzanın bir neçə versiyası araşdırılır.
XS
SM
MD
LG